Milli komunizm

Milli komunizm və ya digər adı ilə Qaliyevizm — müxtəlif ölkələrdə müxtəlif liderlər tərəfindən qəbul edilən və tətbiq edilən kommunizm forması. Hər bir müstəqil dövlətdə, imperiyada və ya müstəmləkədə sosial sinif ilə millət arasındakə əlaqənin müxtəlif xüsusiyyəti vardır. Ukraynalı kommunistlər olan Şaxray və Mazlax, sonradan müsəlman Sultan Qaliyev hesab edirdi ki, bolşevik Rusiyasının maraqları onların ölkələrinin maraqları ilə tərs düşür. Bunu 1945-ci ildən sonra müstəqil xarici siyasət izləməyə çalışmaqla Yuqoslaviyanın kommunist diktatoru İosip Broz Tito davam etdirmişdir.

Karl Marksın və Fridrix Engelsin nəzərdə tutduğu kommunizmə görə internasional proletariya yüksək dərəcədə kosmopolitan olmalıdır. Ondan millətçilik yox, sinfi mübarizə gözlənilir. Bu ideologiyaya görə millətçilik proletariyanı bölmək və idarə etmək üçün burjuaziyanın əlində bir alətdir.

Kommunizm XIX əsrin sonlarından 1920-ci ilə qədər çox güclü hərəkat formasında idi. Kommunizm keçmiş Rus imperiyasında qalib gəldikdən onilliklər sonra Soyuq müharibə başladı. Soyuq müharibə ardınca isə Qoşulmama hərəkatı (heç bir bloka qoşulmama nəzərdə tutulur) formalaşdı. Bu milli kommunizmi siyasi reallıq olaraq formalaşmasına səbəb oldu.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy